Prezident İlham Əliyev: Ermənistanın imzaladığı sənəddə öhdəliyi var ki, bizim Naxçıvan kimi eksklavımıza çıxışımız olsun, lakin bu, hələ də baş vermir
Ermənistanın imzaladığı sənəddə öhdəliyi var ki, bizim Naxçıvan kimi eksklavımıza çıxışımız olsun. Lakin bu, hələ də baş vermir.
Day.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahbəsində deyib.
Dövlət başçısı qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşlər çox həssas məsələlərə toxunmaq imkanını verir. Məsələn, sərhədlərin gələcək parametrləri - Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmayıb.
"Çünki Sovet İttifaqı süquta uğradıqdan dərhal sonra biz həmin təcavüzlə üzləşdik. İndi sərhəd necə olacaq? Yerlərdə real vəziyyət necə olacaq? Kommunikasiyalarla bağlı vəziyyət necə olacaq? Axıi İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim Naxçıvan kimi eksklavımıza çıxışımız olsun. Lakin bu, hələ də baş vermir", - deyə Prezident İlham Əliyev bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре