61 yaşında yatıb 72 yaşında oyandı

Zilha Gazi adlı Türkiyə vətəndaşı 11 illik yuxudan oyanıb.

Day.Az türk mətbuatına istinadla xəbər verir ki, hazırda 72 yaşı olan Zilha uzun zamandır yuxu xəstəliyindən əziyyət çəkirmiş. 61 yaşında başlayan xəstəlik səbəbi ilə günün çox hissəsini yatmaqla və gözlərini bağlı saxlamaqla keçirib.

Verilən məlumata görə, yaxınları onu 11 il müddətində müxtəlif xəstəxanlara aparıb, müalicə etməklərinə baxmayaraq sadəcə yatmaq istəyirmiş.

Göz qapaqları açılmayan xəstəyə həkimlər Parkinson Plus Sindromu diaqnozu qoyublar.

Qeyd edək ki, xəstəliyin səbəbi məlum olduqdan sonra Z.Gazi tətbiq edilən müalicə ilə iki həftə ərzində problemdən qurtulub. Onun əvvəlki vəziyyətinə nisbətən özünü yaxşı hiss etdiyi deyilir.