Ali Dövlətlərarası Şuranın yaradılması yüksək etimadın göstəricisidir

Əgər biz bu gün razılaşdığımız hər şeyi yerinə yetirsək, onlar həyata keçiriləcək, həm Özbəkistan iqtisadiyyatı, həm də Azərbaycan iqtisadiyyatı üçün uğurlar olacaq.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda səsləndirib.

"Bizim yaratdığımız Ali Dövlətlərarası Şura etimadın ən yüksək səviyyəsi və razılaşdırdığımız strateji istiqamətlərin ən yüksək səviyyədə davamıdır. Ona görə də düşünürəm ki, ölkə Prezidenti seçildikdən sonra ilk səfərimdən çox məmnunam", - deyə Özbəkistan Prezidenti əlavə edib.