Ermənistan Azərbaycan torpaqlarının işğalına haqq qazandırmağa çalışır - Dünya mediası Qarabağda yaşayan ermənilərin real sayından yazır
Ermənistan Azərbaycana qarşı destruktiv siyasətini davam etdirir. Beynəlxalq hüququ pozan, BMT Təhlükəsizlik Şurasının qərarlarına məhəl qoymayan və manipulyasiya xarakterli addımlar atan bu ölkə Azərbaycanı Qarabağda yaşayan erməni əsilli insanlara qarşı guya "qeyri-insani rəftar"da əsassız olaraq ittiham etməkdə davam edir.
Erməni tərəfinin tez-tez səsləndirdiyi əsassız iddialardan biri də Azərbaycanın Qarabağda guya "120 min ermənini blokadada saxlaması"dır. Bu da sərsəm bəyanatda göstərilən rəqəmlər kimi tamamilə yalandır. Real faktlarla təsdiqlənir ki, rayonun əhalisi cəmi 40 min nəfərdir. Lakin Ermənistan rəsmi dairəsi, eləcə də Qarabağdakı separatçılar dünya ictimaiyyətini bunun əksinə inandırmağa çalışırlar.
Ermənistan dünya ictimaiyyətini çaşdırmaq cəhdlərində ardıcıl olaraq uğursuzluğa yubarlanıb. Dünyanın bir sıra aparıcı KİV-ləri vəziyyəti şərh edərək, ermənilərin yaydığı dezinformasiyanı artıq real faktlara əsaslanaraq təkzib ediblər.
Belə ki, müxbir Moldovanın "Moldova 1" televiziyasının əsas kanalında yayımlanan reportajında erməni tərəfinin Qarabağdakı ermənilərin sayını 3 dəfə şişirtməsinə diqqət çəkib.
Litvanın ən məşhur nəşrlərindən biri - "Delfi" də öz məqaləsində vurğulayır ki, "Qarabağdakı Kremlin himayədarı", yəni Ruben Vardanyan "əhalinin sayını üç dəfə şişirdir, oradakı ermənilərin sayının 120 mini keçdiyini bildirir", baxmayaraq ki, son hesablamalara əsasən orada təxminən 40 000 əhalinin olduğu təxmin edilir.
Ukraynanın ən böyük telekanalı "İnter" öz hesabatında qeyd edib ki, Qarabağda sakinlərin maksimum sayı 40 min nəfərdən çox deyil.
"Lakin özünü rəhbər hesab edənlərdən əhalinin sayının 120 min nəfərə çatdığını bildirib. Bu məlumat yalandır və təbliğat üçündür", - məlumatda deyilir.
45,3 milyon nəfərlik auditoriyaya malik İspaniyanın "Larazon" qəzeti də "Qarabağda yaşayan ermənilərin faktiki sayının 40 mini ötmədiyini", qeyd edib.
Amerikanın aparıcı və nüfuzlu siyasi dövri nəşrlərindən biri olan "The Hill" öz materialında qeyd edir ki, "rəqəmləri şişirtməklə separatçı rəhbərlik ermənilərin Ermənistan və Rusiyaya genişmiqyaslı miqrasiyasını gizlətməyə çalışır. Onlar 1990-cı illərin əvvəllərində Azərbaycan ərazisinin 20 faizinin işğalına haqq qazandırmaq üçün demoqrafik məlumatları eyni şəkildə şişirdirdilər".
Beləliklə, artıq erməni taktikası istənilən nəticəni vermir. Əksinə, destruktiv hərəkətləri və regionda sülhün bərqərar edilməsindən imtinası ilə səciyyələnən erməni siyasətinin əsl mahiyyətini yalnız ifşa edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре