Taekvondo yığmamız Avropa çempionatında daha bir medal qazanıb
Estoniyanın paytaxtı Tallində taekvondo üzrə böyüklər arasında Olimpiya çəki dərəcələri üzrə Avropa çempionatı davam edir.
Federasiyadan Day.Az-a verilən məlumata görə, yarışın ikinci günündə Azərbaycan milli komandası aktivinə daha bir medal əlavə edib.
Yığmamızın heyətində Həmidreza Badrialiabadi fəxri kürsüyə yüksəlib. 80 kiloqramdan yuxarı çəkidə dayanqa çıxan taekvondoçumuz gümüş medala yiyələnib.
Bununla da millinin heyətindəki mükafatların sayı 2-yə çatıb. Bir gün öncə Cavad Ağayev (68 kq) də ikinci yeri tutub.
Estoniyada keçirilən gənclərin Avropa çempionatında da komandamız hələlik 2 medala sahib olub. Səlimə Quliyeva (42 kiloqram) gümüş, Məhəmməd Həsənli (45 kiloqram) bürünc mükafat qazanıb.
Qeyd edək ki, hər 2 yarış avqustun 26-da başa çatacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре