ABŞ Qarabağa ərzaq çatdırılmasını təmin etmək üçün Azərbaycan və Ermənistanla işləyir - Dövlət Departamenti
Son bir neçə həftə ərzində ABŞ Qarabağa humanitar yardımın çatdırılmasını təmin etmək üçün Azərbaycan və Ermənistanla fasiləsiz işləyir.
Day.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
Bəyanatda deyilir ki, Qarabağda əhali üçün zəruri ərzaqların daşınması yollarını, o cümlədən əlavə təchizat marşrutlarını razılaşdırmaq və bütün həll edilməmiş məsələlərin müzakirəsini bərpa etmək üçün Azərbaycan və Qarabağdakı erməni azlıq nümayəndələri arasında təcili görüş keçirilməlidir.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli insanların ehtiyaclarını ödəmək üçün ərzaq məhsullarının çatdırılmasını təşkil edib. İlkin mərhələdə Ağdam-Xankəndi marşrutu ilə 40 ton unun çatdırılması nəzərdə tutulur.
Ermənistan və onun yaratdığı cinayətkar separatçı rejim yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolunun açılmasına mane olur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре