Ötən il bu ölkədə ölüm halı rekord həddə çatıb

Ötən il Britaniyada isti hava səbəbindən 4 min 507 nəfər ölüb.

Day.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) məlumat yayıb.

Məlumatda bildirilir ki, Britaniyada 1988-2022-ci illərdə temperaturla bağlı ölüm və xəstəxanaya yerləşdirmə riskinin təhlili dərc edilib.

Təhlillərə görə, istidən ölənlərin sayı 32 il ərzində iki dəfədən çox artıb: "Ölkədə termometrlərin 40 dərəcəni keçdiyini göstərən 2022-ci ilin ən isti günlərində istilərdən 4 min 507 nəfər ölüb".