Ermənistan indi Xocalı faciəsinin cəzasını çəkir və çəkəcək - Ərdoğan
![Ermənistan indi Xocalı faciəsinin cəzasını çəkir və çəkəcək](https://img.day.az/2023/09/26/800x550/recep_tayyip_erdogan_21072023_2.jpg)
Ermənistan indi Xocalı qətliamının cəzasını çəkir və çəkəcək
Day.Az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
"Çünki Xocalıdan və başqa şəhərlərdən 1 milyon azərbaycanlı torpaqlarından didərgin düşdü. İndi 10 ildən sonra Azərbaycan bu qətliamın hesabını soruşdu. Çox, çox fərqli şəkildə soruşdu və torpağını geri aldı. Bildiyiniz kimi, Amerika, Rusiya, Fransa - Minsk üçlüyü adlanan bu ölkələr illərdir Azərbaycanın bu haqqını tanımırdı. Nəhayət, Azərbaycan öz işini həll etdi. İndi Xocalıda kim var? Xocalının əsl sahibi azərbaycanlılar.
Bütün şəhidlərə Allahdan rəhmət diləyirik. Azərbaycan Ordusu Xocalıya xaos, qan və ölüm deyil, əmin-amanlıq gətirir. İllər əvvəl erməni quldur dəstələri kimi ora girmədi. Azərbaycan layiq olduğu sülh və əmin-amanlığı təmin etmək üçün Xocalıya daxil oldu. İndi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq vaxtıdır. Ermənistanın vəzifəsi bu sülhü bərqərar etmək və qorumaq üçün sülhün tərəfində olmaqdır ", - deyə Ərdoğan əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре