https://news.day.az/azerinews/1618892.html ABŞ senatorundan Bob Menendesin senatdan getməsinə ÇAĞIRIŞ ABŞ senatoru Con Fetterman hazırda rüşvətxorluq və sui-qəsd ittihamları ilə üzləşən senator Robert Menendesin senatdan getməsini istəyib. Day.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

ABŞ senatorundan Bob Menendesin senatdan getməsinə ÇAĞIRIŞ

Azərbaycanca, 2 декабря 2023 14:46 (UTC +04:00) 839
ABŞ senatorundan Bob Menendesin senatdan getməsinə

ABŞ senatoru Con Fetterman hazırda rüşvətxorluq və sui-qəsd ittihamları ilə üzləşən senator Robert Menendesin senatdan getməsini istəyib.

Day.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Senator Corc Santosun ABŞ Nümayəndələr Palatasından Səsvermə nəticəsində senatdan uzaqlaşdırılmasından sonra açıqlama verən Fetterman əslində Menendesin senatdan getməli olduğunu deyib.

"O Nyu Cersenin deyil, Misirin senatorudur", - Fetterman Menendes haqqında deyib.

Xatırladaq ki, ABŞ-nin Ədliyyə Nazirliyinin bir neçə ay öncə dərc olunmuş hesabatına görə, senator Robert Menendesin həyat yoldaşı Nadin Arslanyan Nyu-Cersidən olan qida məhsulları istehsalçısından mütəmadi olaraq bahalı hədiyyələr qəbul edib.

Aralarında müqavilə bağlamış misirli məmurlar və Nyu-Cersidən olan iş adamı Menendes tərəfindən onu ofisində 2019-cu ildə qəbul edilib. Bir il sonra iş adamı ABŞ-dən Misirə ixrac olunan halal ətə sertifikasiya verən yeganə şəxs olub.

Sentyabrın 22-də ABŞ-ın Nyu-Yorkun Cənub Bölgəsi üzrə Prokurorluğu R.Menendesə qarşı ittihamları irəli sürdüyünü açıqlayıb.

Qeyd edək ki, bir qədər əvvəl "The New York Times" qəzeti Bob Menendesin həyat yoldaşı Nadin Arslanyanın 2018-ci ilin dekabrında Nyu-Cersi ştatının Boqota şəhərində piyadanı vuraraq öldürdüyünə, akin cinayət təqibindən yayındığına dair məlumat yayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости