Azərbaycandan Rusiyaya 18 ton yumurta göndərilib

Dekabrın 19-da Azərbaycandan "Yaraq-Qazmalar" keçid məntəqəsi vasitəsilə Rusiyaya ərzaqlıq yumurtanın ikinci partiyası ixrac edilib.

Day.Az-ın məlumatına görə, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətindən ("Rosselxoznadzor") bildirilib.

Məlumata əsasən, dekabrın 21-də Rusiya ərazisinə sonradan satış məqsədilə "Yaraq-Qazmalar" keçid məntəqəsi vasitəsilə Azərbaycandan həcmi 18 ton (306 min ədəd) olan ikinci yumurta partiyası gətirilib.

Bundan əvvəl, dekabrın 19-da Rusiyaya 36 ton (612 min ədəd) həcmində Azərbaycan yumurtasının ilk partiyası gətirilib.