https://news.day.az/azerinews/1649118.html Bakı metrosunun əmlakına ziyan vuran Fransa vətəndaşı HƏBS EDİLDİ - FOTO Metro qatarlarının dayandığı depoya gizlincə daxil olub bir neçə vaqonu boyayaraq əmlaka qəsdən ziyan vuran Fransa vətəndaşı həbs edilib.

Bakı metrosunun əmlakına ziyan vuran Fransa vətəndaşı HƏBS EDİLDİ - FOTO

Azərbaycanca, 2 апреля 2024 20:49 (UTC +04:00) 2 287
Bakı metrosunun əmlakına ziyan vuran Fransa vətəndaşı HƏBS EDİLDİ

Metro qatarlarının dayandığı depoya gizlincə daxil olub bir neçə vaqonu boyayaraq əmlaka qəsdən ziyan vuran Fransa vətəndaşı həbs edilib.

DİN-in Mətbuat Xidmətindən Day.Az-a bildirilib ki, araşdırmalarla Avstraliya İttifaqının vətəndaşı P.Han Paul, Yeni Zelandiya vətəndaşı İsmael De Saint Quent və Fransa Respublikasının vətəndaşı Clerc Theqo Huqo 30 mart 2024-cü il gecə saatlarında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə məxsus depoya qanunsuz daxil olaraq qəsdən dövlət əmlakına ziyan vurmalarına dair şübhələr müəyyən edilib.

Əməldə cinayət tərkibi yarandığından Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində fakta görə başlanmış cinayət işi üzrə Fransa Respublikasının vətəndaşı Clerc Theqo Huqo məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs, digərləri barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Bakı metrosunun əmlakına ziyan vuran Fransa vətəndaşı HƏBS EDİLDİ
  • Bakı metrosunun əmlakına ziyan vuran Fransa vətəndaşı HƏBS EDİLDİ
  • Bakı metrosunun əmlakına ziyan vuran Fransa vətəndaşı HƏBS EDİLDİ
  • Bakı metrosunun əmlakına ziyan vuran Fransa vətəndaşı HƏBS EDİLDİ
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости