Azərbaycanda minatəmizləmə ilə bağlı layihələri dəstəkləyirik

Almaniya Azərbaycanda minatəmizləmə ilə bağlı layihələr həyata keçirir.

Day.Az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann "X" sosial şəbəkə hesabında bildirib.

"Almaniya minatəmizləmə prosesində, o cümlədən, həyata keçirilən öz layihəmiz çərçivəsində Azərbaycan və Avropa İttifaqının səylərini tam dəstəkləyir", - paylaşımda deyilir.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası mina və partlamamış hərbi sursatların təhlükəsinə diqqəti cəlb etmək məqsədilə aprelin 4-nü "Ümumdünya Mina Maarifləndirilməsi və Minalarla Mübarizə Dəstəyi Günü" elan edib.