https://news.day.az/azerinews/1652279.html Azərbaycanda qatar minik maşınını vurdu - Yaralılar var - FOTOLAR Bu gün saat 00:28 radələrində Azərbaycan Dəmir Yollarına məxsus yük qatarı Qala stansiyasında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 10-EK-522 olan "Jiquli" markalı avtomobil xəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.

Azərbaycanda qatar minik maşınını vurdu - Yaralılar var - FOTOLAR

Azərbaycanca, 16 апреля 2024 09:17 (UTC +04:00) 2 027
Azərbaycanda qatar minik maşınını vurdu

Bu gün saat 00:28 radələrində Azərbaycan Dəmir Yollarına məxsus yük qatarı Qala stansiyasında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 10-EK-522 olan "Jiquli" markalı avtomobil xəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.

ADY-dən Day.Az-a bildirilib ki, toqquşma nəticəsində avtomobilin sürücüsü və 2 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdiriliblər.

Digər bir hadisə isə saat 04:50 radələrində Əmircan stansiyasında baş verib. Dövlət qeydiyyat nişanı 77-DV-564 olan "Toyota Prius" markalı avtomobilin (taksi) sürücüsü idarəetməni itirərək Əmircan stansiyasında yerləşən qorunan dəmiryol keçidinin şlaqbaumunun dayağına dəyərək hasara çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.

  • Azərbaycanda qatar minik maşınını vurdu
  • Azərbaycanda qatar minik maşınını vurdu
  • Azərbaycanda qatar minik maşınını vurdu
  • Azərbaycanda qatar minik maşınını vurdu
  • Azərbaycanda qatar minik maşınını vurdu
  • Azərbaycanda qatar minik maşınını vurdu
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости