https://news.day.az/azerinews/1652895.html Məscidin qarşısında yük maşını aşdı, xəsarət alanlar var - FOTO Binəqədi-Balaxanı şosesi, Əliçıraq məscidinin qarşısında yük avtomobili aşıb. Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat xidmətindən  Day.Az-a verilən məlumata görə, qəza səbəbindən hazırda yolun hər iki istiqamətində sıxlıq müşahidə edilir.

Məscidin qarşısında yük maşını aşdı, xəsarət alanlar var - FOTO

Azərbaycanca, 18 апреля 2024 09:29 (UTC +04:00) 868
Məscidin qarşısında yük maşını aşdı, xəsarət alanlar var

Binəqədi-Balaxanı şosesi, Əliçıraq məscidinin qarşısında yük avtomobili aşıb.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat xidmətindən  Day.Az-a verilən məlumata görə, qəza səbəbindən hazırda yolun hər iki istiqamətində sıxlıq müşahidə edilir.

Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.

ХХХ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Day.Az-a verilən məlumata görə, bu gün saat 08:00 radələrində Sabunçu rayonu, Balaxanı-Binəqədi yolu, "Lukoil" yanacaq məntəqəsi ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.

Hadisə nəticəsində 2 nəfər (kişi cinsli) xəsarət alıb. Müştərək travmalarla xəsarət alan şəxslər Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

  • Məscidin qarşısında yük maşını aşdı, xəsarət alanlar var
  • Məscidin qarşısında yük maşını aşdı, xəsarət alanlar var
  • Məscidin qarşısında yük maşını aşdı, xəsarət alanlar var
  • Məscidin qarşısında yük maşını aşdı, xəsarət alanlar var
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости