İranda prezident postuna namizədlərin adları AÇIQLANDI

İranın xəbər agentlikləri və informasiya portalları iyunun 28-də keçiriləcək prezident seçkilərində mümkün iştirakçıların siyahılarıı hazırlayıb.

KONKRET.az xəbər verir ki, ilkin proqnozlar ölkədə mövcud olan bütün siyasi tendensiyaları nəzərə alaraq tərtib olunub.

Siyahıya aşağıdakı siyasi xadimlər daxildir:

• Eshaq Cahangiri - İranın Birinci vitse-prezidenti;

• Mohammad Reza Aref - Siyasi Məqsəd Şurasının üzvü;

• Məhəmməd Cavad Zərif - keçmiş xarici işlər naziri;

• Məsud Pezeşkian - parlament üzvü;

• Abd-ol Nasser Hemmati - Mərkəzi Bankın sədri;

• Məhəmməd Bağer Noubaxt - Bərabərlik və İnkişaf Partiyasının baş katibi

• Möhsün Mehr-Əlizadə - Beynəlxalq Ənənəvi Güləş Federasiyasının rəhbəri

• Əli Laricani - parlamentin keçmiş rəhbəri;

• Məhəmməd Mokhber - prezident səlahiyyətlərini icra edən;

• Məhəmməd Bağer Qalibaf - parlamentin hazırkı rəhbəri;

• Mahmud Əhmədinejad - keçmiş prezident;

• İranın Ali Rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi - Səid Cəlili;

• Qulam-Əli Həddad Adel - Ali Rəhbərin müşaviri;

• Əlireza Zəkani - İran paytaxtının meri.

85 yaşlı Ali Rəhbər Əli Xamneyinin oğlu Müctəba siyahıda yer almayıb. Baxmayaraq ki, "Politico" və "The Guardian" nəşrləri onu prezidentliyə mümkün namizəd adlandırıb.