https://news.day.az/azerinews/1669746.html Şahmaranyanın maşını müsadirə edildi - VİDEO Ermənistanda xüsusi təyinatlılar qondarma rejimin "nümayəndəliyinə" daxil olublar.Day.Az xəbər verir ki, bununla bağlı erməni KİV məlumat yayıb.Bildirilib ki, Daxili İşlər Nazirliyinin kriminal polisinin xüsusi bölməsinin əməkdaşları "nümayəndəliyin" qapılarını sındıraraq içəri daxil olublar.

Şahmaranyanın maşını müsadirə edildi - VİDEO

Azərbaycanca, 21 июня 2024 16:13 (UTC +04:00) 578
Şahmaranyanın maşını müsadirə edildi

Ermənistanda xüsusi təyinatlılar qondarma rejimin "nümayəndəliyinə" daxil olublar.

Day.Az xəbər verir ki, bununla bağlı erməni KİV məlumat yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin kriminal polisinin xüsusi bölməsinin əməkdaşları "nümayəndəliyin" qapılarını sındıraraq içəri daxil olublar.

Onlar Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyana xidmət edən avtomobili müsadirə ediblər.

Xatırladaq ki, ötən il antitteror tədbirlərindən sonra separatçılar təslim olub. Bundan sonra Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.

Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri" Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости