https://news.day.az/azerinews/1671390.html
Güclü küləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ EDİLİB
İyunun 29-dan iyulun 1-i axşamadək bölgələrdə gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.

Xidmətdən Day.Az-a verilən xəbərə görə, sarı xəbərdarlığa uyğun olaraq Ağstafa, Şəmkir, Tovuz, Samux, Bərdə, Tərtər, Göygöl, Ağdam, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qax, Naxçıvan MR-da şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Narıncı xəbərdarlığa əsasən Naftalan, Goranboy, Gəncə, Yevlax, Mingəçevir, Daşkəsən rayonlarında şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре