Bakı-Qazax yolunda avtomobil aşdı - Pakistan vətəndaşı həlak oldu

Bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ərşəli kəndindən keçən hissəsində "Toyota Prius" markalı avtomobil aşıb.
Day.Az xəbər verir ki, bunu Trend-ə Baş DYP İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev deyib.
O bildirib ki, "Prius"un sürücüsü ötmə qaydalarını pozaraq digər avtomobilə dəyib.
"Qəza nəticəsində "Prius" aşıb. Nəticədə avtomobilin 45-50 yaş arasında olan sərnişini, Pakistan vətəndaşı dünyasını dəyişib, digər 3 nəfər sərnişin isə xəsarət alıb. Hadisə ilə bağlı hazırda istintaq aparılır.
Dəfələrlə olunan xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülərin yol hərəkət qaydalarına biganə yanaşması nəticəsində bu cür hadisələr baş verir. Bu hadisə də ötmə qaydalarının pozmasına görə baş verib. Sürücülərdən yol-hərəkət qaydalarına ciddi şəkildə riayət etmələrini xahiş edirik", - deyə o əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре