https://news.day.az/azerinews/1673895.html Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA İyulun 10-u saat 10:00-a olan faktiki hava açıqlanıb.Bu barədə Day.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Düşən yağıntının miqdarı Gədəbəydə 5 mm, Naxçıvan, Şamaxı, Şəmkir, Qusar, Sabirabadda 1 mm-dək olub.Şərq küləyi iyulun 9-da sarı xəbərdarlığa uyğun olaraq Culfada 17 m/s-dək güclənib.

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycanca, 10 июля 2024 10:39 (UTC +04:00) 359
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb

İyulun 10-u saat 10:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Day.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, iyulun 10-u saat 10:00-a olan məlumata görə gözlənildiyi kimi, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Gədəbəydə 5 mm, Naxçıvan, Şamaxı, Şəmkir, Qusar, Sabirabadda 1 mm-dək olub.

Şərq küləyi iyulun 9-da sarı xəbərdarlığa uyğun olaraq Culfada 17 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 36, Aran rayonlarında 36-40, dağlıq rayonlarda 29 dərəcəyədək isti olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости