Kəlbəcərdə 55 yaşlı kişi minaya düşdü

Kəlbəcərdə 55 yaşlı kişi minaya düşüb.

Trend-in xəbərinə görə, hadisə rayonun Ağdaban kəndində baş verib.

Minaya düşən 55 yaşlı Hüseynov Xəlifə Həsən oğlu kənd təsərrüfatı təyinatlı icazə ilə Ağdabanda imiş.

Hadisə yerinə Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. O, xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.