https://news.day.az/azerinews/1680608.html Azad olunmuş ərazilərdə neçə məntəqə fəaliyyət göstərir? - Şura sədri AÇIQLADI Biz Xankəndidə gözəl məntəqələr yaratmışıq. Yenə də orada yaşayan erməni əsilli vətəndaşlarımıza fərq qoymuruq, seçkidə iştirak edə bilərlər."İlk Milli Məclis seçkiləridir ki, bunu Zəfər seçkiləri də adlandıra bilərik. Növbəti dəfə Azərbaycanın bütün suveren ərazisində seçki məntəqələrində səsvermə keçirəcəyik.

Azad olunmuş ərazilərdə neçə məntəqə fəaliyyət göstərir? - Şura sədri AÇIQLADI

Azərbaycanca, 8 августа 2024 12:15 (UTC +04:00) 575
Azad olunmuş ərazilərdə neçə məntəqə fəaliyyət göstərir?

Biz Xankəndidə gözəl məntəqələr yaratmışıq. Yenə də orada yaşayan erməni əsilli vətəndaşlarımıza fərq qoymuruq, seçkidə iştirak edə bilərlər.

Day.Az xəbər verir ki, bu barədə Audiovizual Şuranın sədri İsmət Səttarov Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.

"İlk Milli Məclis seçkiləridir ki, bunu Zəfər seçkiləri də adlandıra bilərik. Növbəti dəfə Azərbaycanın bütün suveren ərazisində seçki məntəqələrində səsvermə keçirəcəyik. İşğaldan azad olunmuş ərazilərdə 34 məntəqə fəaliyyət göstərir. Orada bütün şərait yaradılıb",- deyə o bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости