https://news.day.az/azerinews/1686793.html Lamiyə qələbəsini onun məşhur pozu ilə qeyd etmişdi, təbriki gecikmədi - VİDEO Olimpiya Oyunlarında əli cibində atış etməklə dünyanın gündəminə düşən türkiyəli atıcı Yusuf Dikeç paraatletimiz Lamiyə Vəliyevanı təbrik edib.Day.Az xəbər verir ki, bu barədə o, İctimai TV-yə danışıb."Lamiyə, qazandığın uğurların münasibətilə səni təbrik edirəm.

Lamiyə qələbəsini onun məşhur pozu ilə qeyd etmişdi, təbriki gecikmədi - VİDEO

Azərbaycanca, 4 сентября 2024 17:41 (UTC +04:00) 982
Lamiyə qələbəsini onun məşhur pozu ilə qeyd etmişdi, təbriki gecikmədi

Olimpiya Oyunlarında əli cibində atış etməklə dünyanın gündəminə düşən türkiyəli atıcı Yusuf Dikeç paraatletimiz Lamiyə Vəliyevanı təbrik edib.

Day.Az xəbər verir ki, bu barədə o, İctimai TV-yə danışıb.

"Lamiyə, qazandığın uğurların münasibətilə səni təbrik edirəm. Gözəl ölkəm Türkiyədən Can Azərbaycana sonsuz sevgi və salamlarımı göndərirəm. İki dövlət, tək millət şüarı bir daha reallaşdı", - Dikeç söyləyib.

Qeyd edək ki, Lamiyə Vəliyeva Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda finişə 11.76 saniyəyə birinci çataraq qızıl medal qazanıb. O, qələbəsini Olimpiya Oyunlarında mükafat qazanan türkiyəli atıcı Yusuf Dikeçin pozu ilə qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости