“Rabitəbank” ASC dünyanın nəhəng maliyyə qurumu olan Asiya İnkişaf Bankının “Leading Partner Bank in Azerbaijan” nominasiyasının qalibi olub (R)
Asiya İnkişaf Bankının keçirdiyi "Trade and Supply Chain Awards 2024" müsabiqəsində "Rabitəbank" ASC "Leading Partner Bank in Azerbaijan" nominasiyası üzrə qalib olub.
3 sentyabr 2024-cü il tarixində Sinqapurda 10-cu dəfə keçirilən müsabiqə çərçivəsində müxtəlif seqmentlər üzrə təmsil olunan bankların fəaliyyəti Asiya İnkişaf Bankı (AİB) tərəfindən hərtərəfli qiymətləndirilərək, mükafatlandırılıb.
Qeyd edək ki, "Rabitəbank" ASC və Asiya İnkişaf Bankı arasında 15 Aprel 2024-cü il tarixində "Ticarətin Maliyyələşdirilməsi üzrə Zəmanət Mexanizmi"nə dair əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan sahibkarlarının və bizneslərinin beynəlxalq ticarət fəaliyyətlərini genişləndirmək üçün onları zəruri maliyyə alətləri ilə təmin etməklə dəstəklədiyini nümayiş etdirir. Tərəfdaşlıq çərçivəsində, "Rabitəbank" ASC AİB-in geniş beynəlxalq tərəfdaş şəbəkəsi ilə sıx əməkdaşlıq edərək, yerli sahibkarların və bizneslərin xarici dövlətlərdəki şirkətlər və tərəfdaşlarla apardıqları ticarət əməliyyatlarını maliyyələşdirir. Asiya İnkişaf Bankının dəstəyi ilə maliyyələşmə prosesi daha effektiv və etibarlı şəkildə həyata keçirilir.
"Rabitəbank" ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov müsahibəsi zamanı, bildirib ki, "Azərbaycanda xarici ticarətin maliyyələşdirilməsi, idxal-ixrac əməliyyatlarının dəstəklənməsi sahəsində "Rabitəbank" ASC olaraq aktiv şəkildə fəaliyyət göstəririk. Uğurlu tərəfdaşlığın nəticəsi kimi, bu gün bankımız Asiya İnkişaf Bankı tərəfindən Azərbaycanda xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsi üzrə aparıcı bank kimi mükafatlandırılmışdır. Bu, bizim ölkə daxilində beynəlxalq ticarətə verdiyimiz dəstəyin və qlobal maliyyə şəbəkələri ilə əməkdaşlığımızın göstəricisidir.
"Rabitəbank" ASC olaraq, Azərbaycan sahibkarlarına və bizneslərinə daha güclü dəstək göstərməyə davam edəcək, eyni zamanda ölkəmizin qlobal bazarlarda daha da güclənməsinə töhfə verəcəyik".
Hal-hazırda "Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре