https://news.day.az/azerinews/1695726.html
Gəncə teatrı beynəlxalq festivalda təmsil olunub - FOTO
Gəncə Dövlət Milli Dram Teatrı 17 nəfərlik heyətlə İstanbulda keçirilən Beynəlxalq Teatr Festivalına qatılıb. AZƏRTAC-ın verdiyi məlumata görə, Avrasiya Teatrlar Birliyinin və Maltəpə bələdiyyəsinin birgə keçirdiyi festivalda Mədəniyyət Nazirliyinin dəstəyi ilə iştirak edən Gəncə teatrı Əziz Nesinin "Toros canavarı" tamaşasını təqdim edib.
Gəncə teatrı beynəlxalq festivalda təmsil olunub - FOTO

Gəncə Dövlət Milli Dram Teatrı 17 nəfərlik heyətlə İstanbulda keçirilən Beynəlxalq Teatr Festivalına qatılıb.
AZƏRTAC-ın verdiyi məlumata görə, Avrasiya Teatrlar Birliyinin və Maltəpə bələdiyyəsinin birgə keçirdiyi festivalda Mədəniyyət Nazirliyinin dəstəyi ilə iştirak edən Gəncə teatrı Əziz Nesinin "Toros canavarı" tamaşasını təqdim edib.
Tamaşanın quruluşçu rejissoru Kubilay Erdelikara, quruluşçu rəssamı Mustafa Mustafayev və rejissoru Yusif Cəfərovdur. Rolları Əməkdar artistlər İlham Hüseynov, Sevda Orucova, Elxan Abbasov, Novruz Cəfərov, Ramiz Vəliyev və digər aktyorlar canlandırıblar.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре