Prezident İlham Əliyev: 9 May –Qələbə Bayramı MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir

Bizim 9 mayda ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışında deyib.

Dövlətimizin başçısı, həmçinin bildirib:

"Bizim 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verməyə davam edəcək".