https://news.day.az/azerinews/1696232.html Minik avtomobilləri avtobus zolaqlarından istifadə edə bilərlər - VİDEO Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində avtobus zolağı çəkilib. Amma bəzi sürücülər diqqətsizlikdən elə zənn edirlər ki, zolağa daxil olsalar, cərimələnəcəklər. Lakin burada zolağa daxil olmağın qadağan edildiyi xüsusi vaxt göstərilib.

Minik avtomobilləri avtobus zolaqlarından istifadə edə bilərlər - VİDEO

Azərbaycanca, 8 октября 2024 10:14 (UTC +04:00) 1 456
Minik avtomobilləri avtobus zolaqlarından istifadə edə bilərlər

Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində avtobus zolağı çəkilib.

Amma bəzi sürücülər diqqətsizlikdən elə zənn edirlər ki, zolağa daxil olsalar, cərimələnəcəklər. Lakin burada zolağa daxil olmağın qadağan edildiyi xüsusi vaxt göstərilib.

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, çəkiliş zamanı da zolaqdan rahat istifadə vaxtı olmasına baxmayaraq, hər 30- avtomobildən 1-2-nin həmin yolla hərəkət etdiyini gördük.

İcazə verilən vaxtda zolağa daxil olan sürücülərə cərimə yazılması ilə bağlı iddialara cavab olaraq, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirdi ki, bəzi hallarda texniki yanlışlığa görə belə hal yaşanıb. Sürücünün müraciəti ilə də cəriməyə xitam verilib.

Qeyd edək ki, avtobus zolağına qadağan edilmiş vaxtda daxil olan sürücü barəsində inzibati qaydada 100 manat cərimə və 2 bal tətbiq edilir.

Ətraflı süjetdə:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости