https://news.day.az/azerinews/1696512.html “Azərbaycan nağılları” adlı kitab koreyalı uşaqlara təqdim olunub - FOTO Bu ilin aprel ayında Koreya Respublikasında Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Koreya dilində 1300 nüsxə tirajla "Azərbaycan nağılları" kitabı nəşr olunub.Koreyanın "Stream and Forest" adlı kitabxanası həmin nəşri bəyənib və "Azərbaycan nağılları" aylığı keçirib.

“Azərbaycan nağılları” adlı kitab koreyalı uşaqlara təqdim olunub - FOTO

Azərbaycanca, 8 октября 2024 18:52 (UTC +04:00) 1 030
“Azərbaycan nağılları” adlı kitab koreyalı uşaqlara təqdim olunub

Bu ilin aprel ayında Koreya Respublikasında Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Koreya dilində 1300 nüsxə tirajla "Azərbaycan nağılları" kitabı nəşr olunub.

Day.Az xəbər verir ki, kitab həmin ölkənin ibtidai məktəblərinə, Seul və İnçeon şəhərlərində, eləcə də Jeju adasında yerləşən kitabxanalara hədiyyə edilib.

Koreyanın "Stream and Forest" adlı kitabxanası həmin nəşri bəyənib və "Azərbaycan nağılları" aylığı keçirib.

24 avqust-21 sentyabr tarixlərində baş tutan aylıqda kitabın tərtibçiləri - Koreyanın İNHA Universitetinin məzunu, fəlsəfə doktoru, Azərbaycan icmasının fəal üzvü Leyla Məsimli və yazıçı Yu Su Jin də iştirak edib.

Onlar koreyalı uşaqlara nağılların qısa məzmununu danışıb, Azərbaycanla bağlı geniş məlumat verib. Sonra uşaqlar öyrəndikləri məlumatlar əsasında rəsmlər çəkib.

  • “Azərbaycan nağılları” adlı kitab koreyalı uşaqlara təqdim olunub

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости