https://news.day.az/azerinews/1696584.html Zaqatalada “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək Zaqatala "KOB FEST"də məhsul və xidmətlərini nümayiş etdirmək istəyən sahibkarlar KOBİA-ya müraciət edə bilərlər.Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə növbəti "KOB FEST" sərgi-satış yarmarkası Zaqatalada keçiriləcək.

Zaqatalada “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Azərbaycanca, 9 октября 2024 09:52 (UTC +04:00) 886
Zaqatalada “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Zaqatala "KOB FEST"də məhsul və xidmətlərini nümayiş etdirmək istəyən sahibkarlar KOBİA-ya müraciət edə bilərlər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə növbəti "KOB FEST" sərgi-satış yarmarkası Zaqatalada keçiriləcək.

11-13 oktyabr tarixlərində təşkil olunacaq yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Zaqatala və ətraf bölgələrdən olan KOB subyektləri Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 ("İştirak etmək istədiyiniz tədbir" bölümündə "KOB Fest - Zaqatala" qeyd olunmalıdır).

Qeyd edək ki, "KOB FEST" sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости