Prezident İlham Əliyev: “COP atəşkəs çağırışı” cari geosiyasi gərginlik fonunda daha da aktuallaşır
"COP atəşkəs çağırışı" cari geosiyasi gərginlik fonunda daha da aktuallaşır.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyevin COP-öncəsi tədbirinin iştirakçılarına müraciətində deyilir.
"Göstərilən səylərin davamlılığını təmin etmək məqsədilə BƏƏ, Azərbaycan və Braziliya tərəfindən COP28, COP29 və COP30-un sədrləri qismində "İqlim Troykası" təsis edildi.
Azərbaycan sülh, maliyyə, insan kapitalı, su kimi bir sıra digər məsələlər üzrə 14 təşəbbüsdən ibarət iddialı Fəaliyyət Gündəliyi hazırlayıb. Mövcud olan geosiyasi gərginlik fonunda "COP atəşkəs çağırışı" öz aktuallığını daha da artırmış olur.
Qeyd etmək lazımdır ki, bu ilin sentyabrında Bakıda İtki və Zərərə Cavab Fondunun əməli fəaliyyətə başlaması istiqamətində mühüm irəliləyiş əldə olunub.
Bununla belə, qarşımızda duran əsas vəzifə inkişaf etməkdə olan, az inkişaf etmiş və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına cavab verən ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) razılaşdırılmasından ibarətdir. Yeni maliyyə məqsədi əhəmiyyətli artım tələb edir", - Prezident İlham Əliyevin müraciətində qeyd olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре