Bakı-Pirşağı-Sumqayıt istiqamətində mövcud turniket zalı genişləndirilib
"Koroğlu" dayanacağında görülmüş işlər nəticəsində Bakı-Pirşağı-Sumqayıt istiqamətində mövcud turniket zalı 6 metr uzunluğunda genişləndirilib.
Day.Az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yollarında Sərnişindaşımlar departamentinin rəisi Azər Fərəcov COP29 tədbirinə hazırlıq çərçivəsində media nümayəndələri üçün təşkil olunmuş brifinqdə deyib.
O bildirib ki, həmçinin, 6 ədəd yeni keçid turniketinin quraşdırılması ilə turniketlərin sayı 4-dən 10-a çatdırılıb:
"Keçid truniketlərinin sayının artırılması ilə dayanacaqda indiyə qədər 1 dəqiqədə maksimum 108 nəfər keçə bilirdisə, hazırda 10 turniketlə bu rəqəm 270 nəfərə yüksəlib".
Qeyd edək ki, 2019-cu ildə istifadəyə verilmiş "Koroğlu" dayanacağından gün ərzində 5000 nəfərə yaxın sərnişin istifadə edir. 2023-cü ildə bu dayanacaqdan istifadə edən sərnişinlərin sayı 800 min nəfərə yaxın olub. 2024-cü ilin on ayında bu rəqəm 773 mini ötüb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре