Məktəbdə təmir apararkən damdan yıxıldı

Gəncədə məktəbdə təmir aparan usta yıxılaraq xəsarət alıb.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, orta məktəblərin birində təmir-bərpa işləri aparan 1984-cü il təvəllüdlü şəhər sakini N. Nəsibov iş zamanı məktəbin damından yıxılıb. Nəticədə o, qapalı kəllə - beyin travması və döş qəfəsinin qapalı travması alıb.

Bakıda tələbə qətlə yetirildi - Amansız cinayətlə bağlı GÖRÜNTÜLƏR - ƏTRAFLI BURADA

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.