Dələduzluğun yeni növü yayılır - XƏBƏRDARLIQ - VİDEO
![Dələduzluğun yeni növü yayılır](https://img.day.az/2022/11/20/800x550/internet_user_170221.jpg)
Son dövrlərdə süni intellektin inkişafı ilə yanaşı, ondan sui-istifadə halları da artıb. Xüsusilə səs klonlama texnologiyası sosial şəbəkələrdə və müxtəlif platformalarda təhlükə mənbəyinə çevrilib.
Xezerxeber.az-ın məlumatına görə, dələduzlar bu texnologiya vasitəsilə insanların səsini təqlid edərək onları aldatmağa çalışırlar. Bunun üçün süni intellekt əvvəlcə real səs nümunələrini öyrənir, daha sonra isə istənilən mətnə uyğun şəkildə həmin səsi yenidən yaradır.
Mütəxəssislər hesab edirlər ki, yaxın gələcəkdə bu cür fırıldaqçılıq hallarına qarşı daha güclü müdafiə sistemləri tətbiq edilməlidir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi də vətəndaşlara xəbərdarlıq edib.
Qeyd edilib ki, bu kimi kiberdələduzluq halları ilə qarşılaşan vətəndaşlar nazirliyin 102 xidmətinə və yaxud rəsmi sosial şəbəkə hesablarına müraciət etməlidirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре