Milli Qəhrəmanın ailəsi 3 ay sonra qəza yerində...

AZAL təyyarəsinin Aktau yaxınlığında faciəli şəkildə qəzaya uğramasından üç ay sonra hava gəmisinin kapitanı İqor Kşnyakinin ailəsi faciənin baş verdiyi əraziyə gedib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə 1news.az məlumat yayıb. 

Milli Qəhrəmanın həyat yoldaşı Yana Vilkova bunun ailənin qəza yerinə ilk səfəri olduğunu deyib.

O bildirib ki, hadisədən 3 ay sonra həmin yerə getmək, bu hüznlü gündə həlak olanların xatirəsini ehtiramla yad etmək vacib idi: "Üç ay həm çox, həm də azdır. Sağaltmayan, ancaq ağrının şiddətini azaldan, o taleyüklü günün heç bir detalını yaddaşlardan silməyən zaman..."

Xatırladaq ki, AZAL təyyarəsi ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə,  təyyarəyə fiziki və texniki xarici təsir qəzaya səbəb olub. Hadisə baş verən vaxt hava gəmisinin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həlak olub.

Həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla onlara "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.