Bu gün Misli Premyer Liqasında XXXV tura yekun vurulacaq

Misli Premyer Liqasında XXXV tura bu gün baş tutacaq iki oyunla yekun vurulacaq.

Day.Az xəbər verir ki, əvvəlcə "Neftçi" "Səbail"i qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq.

"Neftçi" hazırda 40 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Sonuncu yerdə olan "Səbail"in isə 22 xalı var.

Turun son matçı Bakıda baş tutacaq. "Qarabağ" evdə "Kəpəz" ilə üz-üzə gələcək. Matçın start fiti saat 19:00-da səsləndiriləcək. "Qarabağ" turnir cədvəlində 83 xalla vahid liderdir. Səkkizinci olan "Kəpəz"in isə 32 xalı var.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Turan" isə "Sumqayıt"ı (1:0) məğlub edib. "Zirə" "Sabah" (1:1) oyununda heç-heçə qeydə alınıb.