https://news.day.az/azerinews/1757466.html Saç yuyarkən suyun temperaturuna diqqət edin – Mütəxəssisdən vacib tövsiyələr Saçınızı çox isti su ilə yumaq düşündüyünüzdən daha zərərlidir. Bu, təkcə saçlara deyil, həm də dəriyə mənfi təsir göstərə bilər. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, məşhur stilist və saç baxımı üzrə mütəxəssis Rossano Ferretti saç yuma zamanı ideal su temperaturunu açıqlayıb.

Saç yuyarkən suyun temperaturuna diqqət edin – Mütəxəssisdən vacib tövsiyələr

Azərbaycanca, 3 июня 2025 01:15 (UTC +04:00) 775
Saç yuyarkən suyun temperaturuna diqqət edin

Saçınızı çox isti su ilə yumaq düşündüyünüzdən daha zərərlidir. Bu, təkcə saçlara deyil, həm də dəriyə mənfi təsir göstərə bilər.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, məşhur stilist və saç baxımı üzrə mütəxəssis Rossano Ferretti saç yuma zamanı ideal su temperaturunu açıqlayıb.

Aparılan araşdırmalara görə, isti duşlar qan təzyiqini artıra, dərinin təbii nəmini azalda və nəticədə dəri quruluğu, qaşınma, ekzema və sədəf kimi problemlərin kəskinləşməsinə səbəb ola bilər.

Rossano Ferretti bildirir ki, saçların yuyulması üçün ideal su temperaturu 37-40,5°C arasında olmalıdır. Bu, bədən temperaturuna yaxın və bir qədər yüksək göstəricidir.

Mütəxəssis həmçinin şampun və kondisionerdən sonra saçların sərin su ilə yaxalanmasını tövsiyə edir. Bu üsul saçlarda nəmliyi qorumağa, qırılmaların qarşısını almağa və daha parlaq görünüş əldə etməyə kömək edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости