Gecə bu 5 meyvəni əsla yeməyin

Gecə saatlarında yediyiniz qidalar yuxu keyfiyyətinə, həzm sisteminizə və ümumi sağlamlığınıza birbaşa təsir edə bilər. Xüsusilə bəzi meyvələr var ki, sağlam görünsələr də, yatmazdan əvvəl istehlakı tövsiyə olunmur.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, dietoloqlar bu meyvələri gecə yeməyin yuxusuzluq, şişkinlik, həzm pozğunluğu və hətta çəki artımı kimi mənfi təsirlər yaratdığını bildirirlər.

Bəs hansı meyvələrdən uzaq durmalıyıq?

Ananas

Turşuluğu yüksək olduğuna görə mədəyə əlavə yük salır və gecə reflüksə səbəb ola bilər.

Üzüm

Şəkər tərkibi yüksəkdir. Gecə yeyildikdə qan şəkərini tez yüksəldə və yuxu rejimini poza bilər.

Banan

Kaliumla zəngin olsa da, gecə vaxtı yeyildikdə bəziləri üçün şişkinlik və qaz yarada bilər.

Portağal

Sitrus meyvələri mədə turşusunu artıraraq yuxu zamanı narahatlıq və reflüks problemi yarada bilər.

Qarpız

Su tərkibi çox yüksək olduğuna görə gecə sidiyə çıxma ehtiyacını artırır, bu da yuxunun bölünməsinə səbəb olur.

Dietoloqlar tövsiyə edir ki, yatmazdan ən azı 2 saat əvvəl qida qəbulunu dayandırmaq, xüsusilə də şəkər və turşuluq tərkibi yüksək olan meyvələrdən uzaq durmaq lazımdır. Əgər gecə aclıq hissi yaşayırsaınızsa, az miqdarda alma və ya armud kimi yüngül və mədəyə yük olmayan meyvələri seçmək daha məqsədəuyğundur.