https://news.day.az/azerinews/1761526.html ETX adından saxta fişinq e-poçtlar göndərilir - XƏBƏRDARLIQ Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan monitorinqlər zamanı bəzi istifadəçilərə və müəssisələrə qurumun adından göndərilmiş kimi təqdim olunan saxta e-poçtların daxil olduğu müəyyən edilib. Day.Az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

ETX adından saxta fişinq e-poçtlar göndərilir - XƏBƏRDARLIQ

Azərbaycanca, 18 июня 2025 16:22 (UTC +04:00) 399
ETX adından saxta fişinq e-poçtlar göndərilir

Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan monitorinqlər zamanı bəzi istifadəçilərə və müəssisələrə qurumun adından göndərilmiş kimi təqdim olunan saxta e-poçtların daxil olduğu müəyyən edilib.

Day.Az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, həmin e-poçtlarda "Yaxın Şərq bölgəsində kibertəhlükələrin artması" ilə bağlı xəbərdarlıq edilir və istifadəçilərə sistemin təhlükəsizlik yenilənməsi adı altında "DOWNLOAD" düyməsi vasitəsilə zərərli fayl yükləmək təklif olunur.

Vizual baxımdan rəsmi üslubda tərtib olunan bu e-poçtlar fişinq hücumu xarakteri daşıyır və istifadəçiləri aldadaraq zərərli proqram təminatını cihazlarına yükləməyə sövq edir.

Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti tərəfindən heç bir halda e-poçt vasitəsilə proqram təminatı və ya təhlükəsizlik yenilənməsi göndərilmir.

Xidmət vətəndaşlara və qurumlara müraciət edərək şübhəli e-poçtlara qarşı diqqətli olmağı, mesajların tərkibindəki keçidlərə klikləməməyi və əlavə edilmiş faylları yükləməməyi, həmçinin məlumatları yalnız rəsmi mənbələrdən əldə etməyi tövsiyə edir. Belə hallarla qarşılaşan şəxslərdən 1654 qaynar xətti və [email protected] elektron poçt ünvanı vasitəsilə məlumat vermələri xahiş olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости