https://news.day.az/azerinews/1764753.html İyun ayında qohumlar arasında nikah 2 dəfəyədək artıb Bioloji qohumluğu olan şəxslər arasında cari ilin yanvar ayında 252, fevralda 131, martda 176, apreldə 139, mayda 271, iyunda isə 460 nikah qeydə alınıb. Bu barədə Day.Az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

İyun ayında qohumlar arasında nikah 2 dəfəyədək artıb

Azərbaycanca, 1 июля 2025 18:32 (UTC +04:00) 392
İyun ayında qohumlar arasında nikah 2 dəfəyədək artıb

Bioloji qohumluğu olan şəxslər arasında cari ilin yanvar ayında 252, fevralda 131, martda 176, apreldə 139, mayda 271, iyunda isə 460 nikah qeydə alınıb.

Bu barədə Day.Az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bioloji qohumluğu olan şəxslər arasında 2025-ci ilin yanvar ayında 252, fevralda 131, martda 176, apreldə 139, mayda 271, iyunda isə 460 nikah qeydə alınıb.

2024-cü ilin yanvar ayında isə 155, fevralda 113, martda 116, apreldə 111, may ayında 121, iyunda 134 belə nikah rəsmiləşdirilib.

Əlavə edilib ki, 2021-ci ildə 2199, 2022-cü ildə 2542, 2023-cü ildə 1950, 2024-cü ildə 2060 belə nikah qeydə alınıb.

Qeyd edək ki, Ailə Məcəlləsinə əsasən, bu şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək: qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu. Bu qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости