https://news.day.az/azerinews/1816723.html Adil Əliyevə buna görə töhmət verilib – SƏBƏB Xəbər verdiyimiz kimi, bu gün Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət verilib. Day.Az Trend-ə istinadən xəbər verir ki, A.Əliyevə töhmət verilməsinə səbəb rayon ərazisində qanunsuz tikintilərin sayının çoxluğu olub.

Adil Əliyevə buna görə töhmət verilib – SƏBƏB

Azərbaycanca, 17 февраля 2026 14:51 (UTC +04:00) 369
Adil Əliyevə buna görə töhmət verilib

Xəbər verdiyimiz kimi, bu gün Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət verilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, A.Əliyevə töhmət verilməsinə səbəb rayon ərazisində qanunsuz tikintilərin sayının çoxluğu olub.

Belə ki, müşavirədə Suraxanıda qanunsuz tikinti hallarının artdığı, rayonun digərləri ilə müqayisədə bu baxımdan "seçildiyi" vurğulanıb.

Bununla yanaşı, rayon tabeliyində olan qəsəbələrdə sanitar təmizliyin olmaması, zibillərin götürülməməsi ilə bağlı da icra başçısına irad tutulub.

Qeyd edək ki, töhmət alan icra başçısı Adil Əliyev bütün çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости