https://news.day.az/azerinews/1816899.html Şorba sevənlərə mühüm xəbərdarlıq Mütəxəssislər hazır və paketlənmiş şorbalarla bağlı xəbərdarlıq ediblər. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, araşdırmalara görə, xüsusilə tez hazırlanan toz şorbaların tərkibində yüksək miqdarda duz, konservant və dad gücləndiricilər mövcuddur.

Şorba sevənlərə mühüm xəbərdarlıq

Azərbaycanca, 19 февраля 2026 01:19 (UTC +04:00) 388
Şorba sevənlərə mühüm xəbərdarlıq

Mütəxəssislər hazır və paketlənmiş şorbalarla bağlı xəbərdarlıq ediblər.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, araşdırmalara görə, xüsusilə tez hazırlanan toz şorbaların tərkibində yüksək miqdarda duz, konservant və dad gücləndiricilər mövcuddur.

Qidalanma üzrə mütəxəssislər bildirirlər ki, bu cür məhsulların tez-tez istifadəsi yüksək qan təzyiqi, ödem, mədə-bağırsaq problemləri və ürək-damar xəstəlikləri riskini artıra bilər. Həmçinin bəzi hazır şorbalarda doymuş yağ və süni aromaların olması qaraciyərə əlavə yük yaradır.

Xüsusilə hipertoniyadan əziyyət çəkən şəxslərə, böyrək problemi olanlara və uşaqlara bu məhsullardan uzaq durmaq tövsiyə olunur.

Mütəxəssislər ev şəraitində təbii ərzaqlarla hazırlanan şorbaların daha sağlam seçim olduğunu vurğulayırlar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости