https://news.day.az/azerinews/1838368.html Azərbaycan vasitəsilə Ermənistana gübrə göndərilib - YENİLƏNİB Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. Day.Az xəbər verir ki, 2 vaqondan ibarət çəkisi 139 ton olan buğda və 2 vaqondan ibarət çəkisi 138 ton olan gübrə bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Azərbaycan vasitəsilə Ermənistana gübrə göndərilib - YENİLƏNİB

Azərbaycanca, 1 июня 2026 14:38 (UTC +04:00) 294
Azərbaycan vasitəsilə Ermənistana gübrə göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Day.Az xəbər verir ki, 2 vaqondan ibarət çəkisi 139 ton olan buğda və 2 vaqondan ibarət çəkisi 138 ton olan gübrə bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 6 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2 min 955 ton Aİ-95 benzini ixrac olunub.

XXX
10:09

Bu gün Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

Day.Az xəbər verir ki, Ermənistana 2 vaqon gübrə göndəriləcək.

Qatar saat 14:00-da Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınacaq.

Xəbər yenilənəcək

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости