https://news.day.az/azerinews/1839306.html Bu şəxslərin gecə növbəsində işləməsi QADAĞANDIR Əmək Məcəlləsinə əsasən, gecə vaxtı saat 22:00-dan səhər saat 6:00-dək hesab olunur. Qanuna görə, bu vaxt intervalında işə cəlb edilən işçilərin müəyyən kateqoriyaları qorunur. Həmin Məcəllənin 98-ci maddəsinə əsasən 18 yaşınadək gənc işçilərin gecə növbələrində işləməsinə heç bir halda yol verilmir.

Bu şəxslərin gecə növbəsində işləməsi QADAĞANDIR

Azərbaycanca, 4 июня 2026 17:52 (UTC +04:00) 339
Bu şəxslərin gecə növbəsində işləməsi

Əmək Məcəlləsinə əsasən, gecə vaxtı saat 22:00-dan səhər saat 6:00-dək hesab olunur.

Qanuna görə, bu vaxt intervalında işə cəlb edilən işçilərin müəyyən kateqoriyaları qorunur.

Həmin Məcəllənin 98-ci maddəsinə əsasən 18 yaşınadək gənc işçilərin gecə növbələrində işləməsinə heç bir halda yol verilmir. Bu, onların sağlamlığının və normal inkişafının qorunması məqsədini daşıyır.

Əlilliyi olan şəxslər isə gecə işlərinə yalnız öz yazılı razılıqları ilə cəlb oluna bilərlər və bunun üçün əlavə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyinin alınması tələb olunur. Bu, əlilliyi olan işçilərin hüquqlarının və təhlükəsizliyinin təmin olunması üçün vacib bir şərtdir.

Hamilə qadınlar, 14 yaşınadək uşağı olan valideynlər, həmçinin əlilliyi olan uşağı olan qadınlar3 yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə növbələrində işləyə bilmək üçün yalnız yazılı razılıqlarını verməlidirlər. Bu qaydalar işçilərin sağlamlığını qorumaq, ailə məsuliyyətlərini dəstəkləmək və iş şəraitində riskləri minimuma endirmək məqsədi daşıyır

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости