https://news.day.az/azerinews/1839617.html Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib Paraqvay Respublikasının Hernandarias şəhərində UNESCO-nun İnsan və Biosfer Proqramının Beynəlxalq Əlaqələndirmə Şurasının 38-ci sessiyası keçirilir. Azərbaycan da bu Şuranın üzvüdür.

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib

Azərbaycanca, 5 июня 2026 22:47 (UTC +04:00) 476
Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib

Paraqvay Respublikasının Hernandarias şəhərində UNESCO-nun İnsan və Biosfer Proqramının Beynəlxalq Əlaqələndirmə Şurasının 38-ci sessiyası keçirilir. Azərbaycan da bu Şuranın üzvüdür.

Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyindən Day.Az-a verilən məlumata görə, sessiyada ölkəmiz Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin nümayəndə heyəti ilə təmsil olunur.

Sessiyanın bugünkü iclası çərçivəsində komitə üzvlərinin yekdil qərarına əsasən, Azərbaycanın "Böyük Qafqaz Biosfer Reservi" nominasiya faylı UNESCO-nun Dünya Biosfer Rezervləri Şəbəkəsinə daxil edilib. Bu ərazi Azərbaycanın Dünya Biosfer Rezervləri Şəbəkəsinə daxil edilən ilk ərazisidir.

Qeyd edək ki, dünyanın 142 ölkəsində UNESCO-nun 784 biosfer qoruğu mövcuddur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости