https://news.day.az/azerinews/1841028.html Hadrut və Qırmızı Bazara növbəti köç oldu İyunun 12-də Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç prosesi baş tutub. Day.Az xəbər verir ki, köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlardır.

Hadrut və Qırmızı Bazara növbəti köç oldu

Azərbaycanca, 12 июня 2026 16:00 (UTC +04:00) 358
Hadrut və Qırmızı Bazara növbəti köç oldu

İyunun 12-də Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç prosesi baş tutub.

Day.Az xəbər verir ki, köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlardır.

Bu mərhələdə Hadrut qəsəbəsinə 4 ailə (17 nəfər), Qırmızı Bazar qəsəbəsinə isə 8 ailə (42 nəfər) köçürülüb.

Köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

Sakinlər doğma yurda qayıdışın təmin olunmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar həmçinin Azərbaycan Ordusuna təşəkkür edərək, torpaqların azadlığı uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости