https://news.day.az/azerinews/1841694.html Dünya bazarında qızıl və gümüş ucuzlaşıb Əmtəə bazarlarında qiymətli metalların qiymətlərində enmə müşahidə olunub. Day.Az xəbər verir ki, birja məlumatlarına əsasən, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,1% azalaraq 4 347,3 ABŞ dollarına düşüb.

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

Azərbaycanca, 16 июня 2026 11:15 (UTC +04:00) 292
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qiymətli metalların qiymətlərində enmə müşahidə olunub.

Day.Az xəbər verir ki, birja məlumatlarına əsasən, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,1% azalaraq 4 347,3 ABŞ dollarına düşüb.

Eyni zamanda, gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də geriləyib. Belə ki, bu qiymətli metalın dəyəri 0,45% azalaraq 69,87 ABŞ dolları təşkil edib.

Beləliklə, dünya əmtəə bazarlarında həm qızıl, həm də gümüş üzrə fyuçers müqavilələrində qiymət azalması qeydə alınıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости