DÇ-2026: Konqo DR Portuqaliyanı “məyus etdi”

Portuqaliya - Konqo DR matçı başa çatıb.

Day.Az İdman.Biz-ə istinadən bildirir ki, matç gözlənilməz nəticə ilə bitib. Turnirin favoritlərindən sayılan Portuqaliya Afrika təmsilçisini məğlub edə bilməyib - 1:1.

22:09

Portuqaliya - Konqo DR matçında ikinci yarı başlayıb.

Day.Az İdman.Biz-ə istinadən bildirir ki, birinci hissədən sonra heç-heçədir - 1:1

21:54

Portuqaliya - Konqo DR matçında birinci yarı bitib.

Day.Az İdman.Biz-ə istinadən bildirir ki, komandalar fasiləyə bərabərliklə yollanıblar - 1:1.

21:52

Portuqaliya - Konqo DR matçında hesab dəyişib.

Day.Az İdman.Biz-ə istinadən bildirir ki, 45+5-ci dəqiqədə konqolu Yoan Vissa hesabı bərabərləşdirib.

21:10

Portuqaliya - Konqo DR matçında hesab açılıb.

Day.Az İdman.Biz-ə istinadən bildirir ki, 6-cı dəqiqədə Joao Neveş hesabı açıb.

21:02

Portuqaliya və Konqo Demokratik Respublikası 2026-cı il dünya çempionatında K qrupunun ilk turunda qarşılaşırlar.

Day.Az İdman.Biz-ə istinadən bildirir ki, oyun ABŞ-ın Hyuston şəhərindəki "NRG stadium"da oynanılır.

Portuqaliyanın müdafiəçisi Ruben Diaş zədə səbəbindən oyunda iştirak etmir. Komandanın 41 yaşlı forvardı Kriştianu Ronaldu üçün bu, altıncı mundialdır.

K qrupunda Özbəkistan və Kolumbiya da mübarizə aparırlar.