https://news.day.az/azerinews/1842233.html DÇ-2026: Özbəkistan Kolumbiyaya uduzdu - VİDEO Özbəkistan millisi dünya çempionatları tarixində ilk matçına çıxıb. Day.Az İdman.Biz-ə istinadən bildirir ki, DÇ-2026-nın K qrupunda keçirilən ilk oyunda özbəklər Kolumbiyaya 1:3 hesabı ilə məğlub olublar. Mexikodakı əfsanəvi "Asteka" stadionunda baş tutan görüş mundial debütantı üçün kifayət qədər çətin keçib.

DÇ-2026: Özbəkistan Kolumbiyaya uduzdu - VİDEO

Azərbaycanca, 18 июня 2026 09:25 (UTC +04:00) 257
DÇ-2026: Özbəkistan Kolumbiyaya uduzdu

Özbəkistan millisi dünya çempionatları tarixində ilk matçına çıxıb.

Day.Az İdman.Biz-ə istinadən bildirir ki, DÇ-2026-nın K qrupunda keçirilən ilk oyunda özbəklər Kolumbiyaya 1:3 hesabı ilə məğlub olublar.

Mexikodakı əfsanəvi "Asteka" stadionunda baş tutan görüş mundial debütantı üçün kifayət qədər çətin keçib. Fasiləyədək rəqibin hücumlarının qarşısını alan Özbəkistan millisi 40-cı dəqiqədə qapısında qol görüb. Luis Diasın ötürməsindən sonra Daniel Munyos hesabı açıb.

İkinci hissədə Özbəkistan futbol tarixində əlamətdar hadisə yaşanıb. 60-cı dəqiqədə Abbosbek Fayzullayev hesabı bərabərləşdirərək komandasının dünya çempionatlarındakı ilk qolunun müəllifi olub.

Lakin özbək azarkeşlərin sevinci uzun çəkməyib. Bir neçə dəqiqə sonra Luis Dias Kolumbiyanı yenidən hesabda önə çıxarıb. Oyunun sonlarına yaxın Xamilton Kampas komandasının üçüncü qolunu vuraraq matçın yekun nəticəsini müəyyənləşdirib - 3:1.

Beləliklə, Kolumbiya mundiala qələbə ilə başlayaraq ilk üç xalını qazanıb. Özbəkistan isə növbəti turda ilk xallarını əldə etməyə çalışacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости