Yumurta 1 qəpiyə

Son günlər Azərbaycanda yumurta bazarında ciddi qiymət enişi müşahidə olunur.

Day.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, indiyədək 1 ədədi 9-17 qəpik aralığında satılan yumurtalar hazırda bəzi satış nöqtələrində 3-4 qəpiyə qədər ucuzlaşıb.

Hətta ayrı-ayrı market şəbəkələrində 1 ədəd yumurtanın 1 qəpiyə təklif olunduğu hallar da qeydə alınıb.

Qiymət azalması əsasən mövsümi amillərlə bağlıdır. Yay aylarında yumurtaya tələbatın azalması, eyni zamanda istehsalın artması bazarda təklifi yüksəldir və bu da qiymətlərin enməsinə səbəb olur.

Bununla yanaşı, yumurta ixracında azalma ehtimalı da daxili bazarda təklifin artmasına təsir göstərən amillərdən biri kimi qeyd edilir.

Hazırda bazarda qiymətlərin hansı səviyyədə sabitləşəcəyi isə növbəti həftələrdə tələb-təklif balansından asılı olacaq.