https://news.day.az/azerinews/1843165.html Bu futbolçu “Qarabağ”ı tərk edir - İDDİA - FOTO "Qarabağ"ın aparıcı yarımmüdafiəçilərindən olan Marko Yankoviçin karyerasını Türkiyədə davam etdirə biləcəyi iddia olunur. Day.Az xəbər verir ki, Türkiyə mətbuatında yayılan xəbərlərə görə, Superliqaya vəsiqə qazanan "Çorum FK" monteneqrolu futbolçunu transfer etmək niyyətindədir.

Bu futbolçu “Qarabağ”ı tərk edir - İDDİA - FOTO

Azərbaycanca, 22 июня 2026 10:56 (UTC +04:00) 318
Bu futbolçu “Qarabağ”ı tərk edir

"Qarabağ"ın aparıcı yarımmüdafiəçilərindən olan Marko Yankoviçin karyerasını Türkiyədə davam etdirə biləcəyi iddia olunur.

Day.Az xəbər verir ki, Türkiyə mətbuatında yayılan xəbərlərə görə, Superliqaya vəsiqə qazanan "Çorum FK" monteneqrolu futbolçunu transfer etmək niyyətindədir. Məlumatlarda klubun təcrübəli yarımmüdafiəçinin keçidi üçün ilkin təmaslara başladığı qeyd edilir.

Yankoviç 2022-ci ilin yayından Ağdam təmsilçisinin formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 44 oyunda meydana çıxaraq 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Monteneqro millisində 61 oyun keçirən futbolçunun transferi reallaşacağı təqdirdə, onun "Çorum FK"nın ən dəyərli oyunçularından birinə çevriləcəyi bildirilir.

Hazırda nə "Qarabağ", nə də Türkiyə klubu məsələ ilə bağlı rəsmi açıqlama verib.

  • Bu futbolçu “Qarabağ”ı tərk edir
  • Bu futbolçu “Qarabağ”ı tərk edir
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости