https://news.day.az/azerinews/1843313.html Bakının bu rayonlarının bəzi ərazilərində su saatla veriləcək Paytaxtın müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Hazırda tənzimləmə işləri yekunlaşmaq üzrədir. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Su Ehtiyatları Agentliyinin(ADSEA) Mətbuat Xidməti məlumat yayıb.

Bakının bu rayonlarının bəzi ərazilərində su saatla veriləcək

Azərbaycanca, 22 июня 2026 17:35 (UTC +04:00) 273
Bakının bu rayonlarının bəzi ərazilərində su saatla veriləcək

Paytaxtın müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Hazırda tənzimləmə işləri yekunlaşmaq üzrədir.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Su Ehtiyatları Agentliyinin(ADSEA) Mətbuat Xidməti məlumat yayıb.

"Mütəxəssislərin iştirakı ilə 2 gün ərzində su tədarükünü stabilləşdirmək, normal rejim təminatını bərpa etmək mümkün olacaq.

Hazırkı vəziyyətdə tətbiq olunan müvəqqəti qrafik rejimini təqdim edirik:

Xətai rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 18:00-22:00

Nizami rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 18:00-22:00", - deyə qurumun Mətbuat Xidmətindən bildirilib.

Xatırladaq ki, iyunun 20-dən paytaxtın müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Su təminatında fasilələr yaranıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости